Koçaryan Serji yıxır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Koçaryan Serji yıxır

Koçaryan Serji yıxır


Ermənistanın "Aykakan Jamanak" qəzeti maraqlı iddia irəli sürüb, ölkənin keçmiş prezidenti Robert Koçaryan tərəfindən yüksək vəzifəli məmurların qeyri-formal klubunun yaradıldığını bildirib.

ANS PRESS-in məlumatına görə, qəzet yazır: "Etibarlı mənbələrdən əldə etdiyimiz kimi, indiki hakimiyyətdə eks-prezident Robert Koçaryana yaxın olan nümayəndələr, eləcə də ona iltifat edən bəzi keçmiş yüksək vəzifəli məmurlar yaxın gələcəkdə qeyri-formal klub yaradaraq, hakimiyyət uğrunda mübarizəyə qoşulacaqlar."

Məqalədə deyilir ki, klubun üzvləri əsasən prezident Serj Sarkisyan dövründə işdən çıxarılan, istefa verən, həmçinin ona bütün ümidlərini itirən məmurlardır. Bu şəxslər iqtidara gəldikdə yenidən yüksək vəzifələrə təyin olunacaqlar. Bu klubun potensial nümayəndələri arasında İrəvanın keçmiş polis rəisi Andranik Mirzoyan, Ermənistanın Xüsusi İstintaq Xidmətinin sabiq müdiri olmuş Nersesa Nazaryan, həmçinin Ermənistan Polis İdarəsinin Cinayət axtarış üzrə Baş idarəsinin sabiq müdiri general-mayor Ovanes Tamamyanın adları çəkilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *