Məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar

Məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar


Azərbaycanda məqsədli büdcə fondları və büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə edilməməsi cinayət məsuliyyəti yaradacaq.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisdə “Büdcə sistemi haqqında” qanuna əlavələr edilir.

Qanunun 5.3-cü maddəsinə edilən əlavəyə görə, məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Qanuna daha bir əlavə kimi təklif edilən maddə 27.6-a görə isə “Büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *