Aksiz markasız malların nağd alqı-satqısı cinayət məsuliyyəti yaradacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Aksiz markasız malların nağd alqı-satqısı cinayət məsuliyyəti yaradacaq

Aksiz markasız malların nağd alqı-satqısı cinayət məsuliyyəti yaradacaq


Azərbaycanda aksiz markalanmalı olan malların belə marka olmadan nağd qaydada alqı-satqısı cinayət məsuliyyəti yaradacaq.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 2013-1.-ci maddəsinə əlavələr təklif edilir.
Əlavəyə görə, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan “xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə” sırasına “belə məhsulların nağd qaydada alqı-satqısı” məsuliyyəti də əlavə edilir. Xatırladaq ki, bu maddəyə uyğun olaraq əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasl müəyyən olunur.
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: Olke.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *