Tarixçi-alimdən Fazil Mustafaya:“Çünki FETÖ-dən belə dərs almısan!” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Tarixçi-alimdən Fazil Mustafaya:“Çünki FETÖ-dən belə dərs almısan!”

Tarixçi-alimdən Fazil Mustafaya:“Çünki FETÖ-dən belə dərs almısan!”


Tərəfdar.az Tarixçi-alim Dilavər Əzimlinin açıqlamasını təqdim edir:

“Hörmətli, Fazil bəy! Mənə yazırsınız ki, “Get, Yaqub Mahmudovun ayaqqabısını sil”. Düzü, bu söz sənə yaraşmır. Amma mən qəbul edirəm. Çünki Yaqub müəllim mənə ata əvəzi olubdur. Mənim elmi rəhbərim və ustadımdır. Ən ağır dəqiqələrimdə mənə yardım edibdir. Amma mən başqaları kimi Fətullah Gülənin ayaqqabılarını silmədim. Mən türk dünyasının düşmənlərinin ayaqqabısını silmərəm. Amma ata əvəzi bir insanın ayaqqabılarını silərəm. Həm də bu adam bu Vətən üçün nələr etməyibdir. Fazil bəy, mən kimsənin ayaqqabısını silsəydim, sənin kimi millət vəkili olardım. Cəbhəçi kimi uzun illər heç elmi sahəyə də məni buraxmırdılar. Amma Yaqub müəllimin hesabına bu sahəyə qayıtdım. Nəinki qayıtdım, eyni zamanda dərs dedim. Fazil bəy, adını çəkdiyin tarixçilərdən mən BDU-da dərs deyirəm. Gəlib mühazirəmdə otursan görərsən ki, onları əzbər bilirəm. Bilmədiklərini də öyrənə bilərsən. Bir də təhqirdən bir az qaç. Ayıbdır! Millət vəkilisən! Fazil bəy, necə oldu ki, sən və sənin kimilər cəbhəçi ola-ola dəfələrlə millət vəkili seçildiniz? Bu məlum həqiqətləri onsuz da hamı bilir. Amma mən sənin səviyyənə enmərəm. Bu gün də cəbhəçi olmağım mənə imkan vermir ki, hansısa uğura nail olum. Bəs sən necə? Bu çətinliyi çəkdinmi? Həyat fəlsəfən göstərir ki, sən “məlum” yolu tutdun. Mən o yolu tuta bilmərəm. Çünki mən tamam ayrı cür böyümüşəm. Sən çox dəyişmisən. İnanıram ki, ən iyrənc şantajlara əl atarsan. Çünki FETÖ-dən belə dərs almısan! Mən sənə qarşı təhqirə yol vermirəm. Sənin apardığın xəttə qarşı çıxıram. Çünki bu xətt Azərbaycan dövlətçiliyinə qarşı olan xətdir!”

Mənbə: Terefdar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *