İŞİD-in “informasiya naziri” məhv edilib
Sentyabrın 7-də ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya ərazisinə endirdiyi hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri, “Vail həkim” kimi tanınan Vail Adil Həsən Salman əl-Fəyyad zərərsizləşdirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi Pentaqon nümayəndəsi Piter Kukun bəyanatına istinadən məlumat verib.
“İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fəyyad Rakka şəhəri yaxınlığında məhv edilib”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, “Vail həkim” İŞİD-in təbliğatı ilə məşğul olurdu və terror qruplaşmasının Məşvərət Şurasının üzvü idi.
Mənbə:> Oxu.Az