İranda erməni olimpiadası: yarışlarda "DQR" də iştirak edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

İranda erməni olimpiadası: yarışlarda "DQR" də iştirak edir

İranda erməni olimpiadası: yarışlarda "DQR" də iştirak edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehranda keçirilən 48-ci erməni olimpiadasında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsil olunmasına münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatı var: "Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müqabil dövlət orqanlarına çatdırmaqdadır.

Bildirmək istərdik ki, İran islam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir".

Qeyd edək ki, Tehranda yerləşən "Ararat" klubunda 48-ci erməni olimpiadasının açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.

10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atletin 9 idman növü üzrə yarışacağı olimpiadada Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də təmsil olunub. Erməni idmançıların geyimində "Artsax" yazısı və separatçı rejimin bayrağı əks olunub.

Bu arada məsələyə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də münasibət bildirib. Səfir deyib ki, "“İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili ədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq təşkil edilib”.

Olimpiadada Dağlıq Qarabağ separatçılarının nümayəndələrinin iştirak etməsinə gəlincə, səfir bildirib ki, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq kimi dəvət edib: “Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *