Özbəkistanda İslam Kərimovun davamçısı müəyyənləşdirilir
Özbəkistan parlamentinin qanunverici palatası (aşağı) və senat (yuxarı palata) sentyabrın 8-də növbədənkənar birgə iclasa toplaşacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, iclasda müzakirə ediləcək əsas məsələlərdən biri İslam Kərimovun vəfatından sonra ölkə prezidentinin vəzifəlsini icra edəcək şəxsi müəyyənləşdirilməsi olacaq.
Xatırladaq ki, sentyabrın 2-də Özbəkistan prezidenti İslam Kərimovun vəfatı rəsmən elan edilib. Özbəkistan prezidenti sentyabrın 3-də Səmərqənddə dəfn olunub.
Mənbə:> Oxu.Az