Rəsmi Ankara Ağ Evin bəyanatına münasibət bildirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Rəsmi Ankara Ağ Evin bəyanatına münasibət bildirdi

Rəsmi Ankara Ağ Evin bəyanatına münasibət bildirdi


Rəsmi Ankara Türkiyənin Suriyada keçirdiyi “Fərat qalxanı” əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Milliyet qəzeti Türkiyə XİN-in mətbuat katibi Tanju Bilqiçə istinadən yazıb.

“ABŞ-ın Ankaradakı səfirini Ağ Ev nümayəndəsinin Türkiyənin Suriyada keçirdiyi “Fərat qalxanı” əməliyyatına dair tənqidi bəyanatını yolverilməz olduğunu və rəsmi Ankara və Vaşinqton arasındakı müttəfiq münasibətlərinə uyğun olmadığı barədə məlumatlandırmışıq. Əməliyyat Türkiyənin milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılmasına qədər davam edəcək. ABŞ ilə razılaşmaya əsasən, Suriya kürdlərinin Fərat çayının şərqinə çəkilməsini gözləyirik”, - Bilqiçin yazılı bəyanatında bildirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *