Rusiya Suriyada fosfor bombalarından istifadə edib
Bombardman nəticəsində çoxlu sayda xəsarət alan var, rayonlarda yanğınlar meydana gəlib.
Rusiyanın Hava Kosmik Qüvvələrinin təyyarələri müxalifətin nəzarətində olan Suriyanın İdlib vilayətinin rayon və yaşayış məntəqələrinə fosfor bombaları atıb.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli vətəndaş qüvvələrinin nümayəndələri bildiriblər.
Fosfor bombaları Maaret əl-Numan rayonunda və Binniş, eləcə də Serakib yaşayış məntəqələrində atılıb.
Bombardman nəticəsində çoxlu sayda xəsarət alan var, rayonlarda yanğınlar meydana gəlib. Hazırda bombardman haqqında ətraflı məlumat yoxdur.
Mənbə:> Oxu.Az