Rusiya İrandakı aviabazanın istifadəsinə başladı – FOTO
Tu-22M3 təyyarəsindən başqa şəkildə İl-76 hərbi-nəqliyyat təyyarəsi də görünür.
Rusiya Müdafiə nazirliyi Tu-22M3 və Su-34 bombardmançılarının yerləşdirilməsini təsdiqləyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu gün təyyarələr Suiryada İŞİD mövqelərinə zərbələr endirib.
Həmədandakı aerodromdan havaya qalxan təyyarələrin hücumuna Hələb, İdlib, Deyr-əz-Zor vilayətlərində yerləşən İŞİD və “Əl-Nüsra”nın mövqeləri məruz qalıb.
Müdafiə nazirliyindən verilən məlumata görə, nəticədə Rusiya aviasiyası 5 böyük silah anbarını, Serakab, Əl-Bab, Hələb, Deyr-əz-Zor yaşayış məntəqələrində yerləşən təlim düşərgələrini darmadağın edib. Həmçinin Cafra və Deyr-əz-Zor şəhərləri yaxınlığında terrorçuların 3 idarəetmə məntəqəsi məhv edilib.
Nazirlikdə həmçinin bildiriblər ki, bombardmançılar tərəfindən Su-30SM və Su-35 təyyarələri qorunub. Hərbi tapşırıq uğurla yerinə yetirildikdən sonra təyyarələr bazaya qayıdıb.
12:54
Rusiyanın Tu-22MZ bombardmançısı Həmədan ətrafında İran aviabazasında aşkar edilib.
Oxu.Az xəbər verir ki, təyyarələrin fotoları Twitter-də yerləşdirilib.
Şəkillər İran HHQ Həmədanın şimalında 3-cü taktiki aviabazasında çəkilib.
Tu-22M3 təyyarəsindən başqa şəkildə Rusiyanın HHQ-nin İl-76 hərbi-nəqliyyat təyyarəsi də görünür.
Mənbə:> Oxu.az