Dilinin bəlasına düşdü-Sılanın konsertləri ləğv olundu
AzNews.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,Məsələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsindən verilən məlumata görə, müğənni Sıla Gençoğlunun 21 və 22 Sentyabrda Hərbi Cəmil Topuzlu Açıq Hava Səhnəsində reallaşması planlaşdırılan konsertlərinin Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinə qarşı xalqın apardığı mübarizəni "şou" kimi səciyyələndirməsi səbəbi ilə ləğv edildiyi bildirilib.
Açıqlamada, 15 İyulda qiyamçılara qarşı bütün Türkiyədə şərəfli bir mövqe nümayiş olunduğu bildirilərək, "Tələlərə qarşı millətimizin və millət anlayışını dərk etmiş olan sənətçilərimizin nümayiş etdirdiyi şərəfli duruş,Türk Milləti yanında millət olma anlayışı içərisində layiqli yer tapmışdır". İfadələrinə yer verilib.
Xalqın və sənətçilərin göstərdiyi demokratiya mübarizəsi zamanı bəzi sənətçilərin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi diqqət çəkən açıqlamada, bunlar qeyd edilib:
"Xalqımızın ölkəmizə sahib çıxmaq üçün meydanlarda apardığı mübarizəni şou kimi səciyyələndirən, bu şərəfli duruş və iradəyə istehza edən sənətkarlar da var. Bu səbəblə həmin sənətkarlardan biri olan Sıla Gençoğlunun 21 və 22 Sentyabr 2016-ci il tarixlərində Cəmil Topuzlu Açıq Hava Səhnəsində keçirilməsi nəzərdə tutulan konsertləri şəhərimizdən ləğv edilmişdir".
SÖZLƏRİMİN ARXASINDAYAM
7 Avqustda Yenikapı-da keçirilən Demokratiya və Şəhidlər Mitinqinə sənət dünyasından çox sayda ad iştirak etmiş,Sıla isə bir neçə gün əvvəl verdiyi bəyanatda, orada olmayacağını bildirərək "Qətiyyətlə qiyamı pisləyirəm amma belə bir şounun içində olmağı üstün hesab etmirəm" demişdi. Bu bəyanatı xüsusilə sosial mediada tənqid yağışına tutulan Sıla, reaksiyalara sonraki gün çıxdığı alış-veriş turunda cavab verdi: "Bu məsələ ilə bağlı izahat vermək istəmirəm. Yanlış tərəfə çəkmək istəyən, əlbəttə ki, yanlış tərəfə çəkdi. Amma mən sözümün arxasındayam. Demokratiya demirsizmi? Mən də rəyimi, düşündüyümü dedim".
Bursa konserti də ləğv oldu
Bursa Böyükşəhər Bələdiyyəsinə bağlı olan Bursa Mədəniyyət Sənət Turizm Fondundan edilən açıqlamada isə Sılanın Sentyabrın 28-də Bursa Kültürpark Açıq Hava Teatrında reallaşması planlaşdırılan konsertinin ləğv edildiyi bildirilib.
Açıqlamada, konsertin ləğvinə dair "Xalqımızın ölkəmizə sahib çıxmaq üçün meydanlarda apardığı mübarizəni şou kimi səciyyələndirən, bu şərəfli mövqe və iradə məsələsində lazımi həssaslığı göstərməyən sənətkarlardan biri olan Sıla Gençoğlunun 28 Sentyabr tarixində Bursa Kültürpark Açıq Hava Teatrında keçirilməsi nəzərdə tutulan konserti şəhərimizdən ləğv edilmişdir".
Mənbə:> Stimulxeber.az