Almaniya-Hollandiya oyunu da ləğv olundu
Bu gün Bakı vaxtı ilə saat 23:45-də Hannoverdə keçirilməsi nəzərdə tutulan Almaniya və Hollandiya futbol yığmaları arasında yoldaşlıq görüşü ləğv olunub.
RİA Novosti xəbər verir ki, oyunun ləğv edilməsinin dəqiq səbəbləri hələ məlum deyil. Futbol matçını Federal Kansler Angela Merkel və Almaniya Nazirlər Kabinetinin üzvlərinin izləyəcəyi gözlənilirdi.
Qeyd edək ki, Belçika-İspaniya yoldaşlıq oyunu da təxirə salınıb.
Xatırladaq ki, noyabrın 13-də Fransa-Almaniya yoldaşlıq oyunu zamanı stadionun yaxınlığında partlayış səsləri eşidilmiş, Parisdə silsilə terror aktları törədilmişdi.
Mənbə:> Virtualaz.org