Ermənicə mahnı oxuyan ukraynalı qrupun Bakı konserti ləğv edildi – VİDEO
Ukraynanın məşhur Potap və Nastya Kamenskix qrupunun ölkəmizdə aprelin 23-də gözlənilən konserti baş tutmayacaq.
Konsertin çox xüsusi olacağı və bu məşhur qrupun 2 saatlıq şou ilə bütün tamaşaçıları coşduracağı vəd olunurdu.
Sabah baş tutacaq konserti mediada ukraynalıların partlayışı adlandırdıqlarına görə biz də bu konsertdə nələrin baş verəcəyini öyrənmək istədik. Əslində, bir neçə sual var ki, bizi maraqlandırırdı.
Məsələn, bildiyiniz kimi, ukraynalı qrup səfər etdiyi ölkələrdə onların dilində mahnı ifa edir. Buna Potap və Nastya Komenskixin Ermənistana səfəri zamanı şahid olmuşuq. Onlar erməni dilində bir çox mahnılar ifa ediblər, həmin görüntülər də YouTube video portalına yüklənib. Əgər qrup ölkəmizə səfər etsəydi, onlardan öz dilimizdə mahnı eşitmək istəyərdik.
Azərbaycan-Ermənistan cəbhə bölgəsində baş verən axırıncı hadisələrdən sonra məşhur ukraynalı qrupun ölkəmizə hansı repertuarla gəlməsi kifayət qədər maraqlı məqamlardan biri idi.
Suallarımız bol olduğu üçün konsertin Bakıdakı təşkilatçıları ilə əlaqə saxladıq. Uzun müddət təşkilatçıya edilən zənglərə cavab verilmədikdən sonra konsertin keçiriləcəyi məkanla əlaqə saxladıq. Onlar da konsertin keçirilməyəcəyi xəbərini verdilər. Hətta dəfələrlə biz təşkilatçıdan konsertin biletləri haqqında məlumat almaq istədik, amma mümkün olmadı. Onlar bütün yazdıqlarımızı cavablandırmadılar. Bununla da məşhur qrup onlara sual vermədən bütün cavabları özü verdi. Bakıya gəlməməklə.
Mənbə:> Virtualaz.org