Moskva, Tehran və Bakı işçi qruplar yaradacaq
Rusiya, İran və Azərbaycan qarşılıqlı maraq doğuran sahələr üzrə işçi qruplar yaratmaq qərarına gəlib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bəyannamənin layihəsində deyilir.
“Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə işçi qruplar yaratmaq qərarına gəliblər”, - Bakıda üç ölkənin liderlərinin samitinin nəticəsinə görə təsdiqlənəcək bəyannamədə bildirilib.
Mənbə:> Oxu.az