Azərbaycanla İran arasında "Birgə Bəyannamə” təsdiqləndi
Milli Məclisin bu il üçün keçirilən son iclasında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.
ANS PRESS-in məlumatına görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bəyannamədə hər iki dövlətin suverenliyinin toxunulmazlığı, iki ölkə arasındakı münasibətlərin qorunması əsas amil kimi götürülüb.
Onun sözlərinə görə, sənəddə tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq edirlər.
Mənbə:> ANSPRESS