Sarkisyan polisləri cəzalandırdı
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ermənistan paytaxtında müxalifət qüvvələri ilə toqquşmalardan sonra güc strukturlarının əməkdaşları barədə araşdırmalar aparılır.
Bildirilir ki, etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının işçiləri lazımi şəkildə öz xidməti vəzifələrini yerinə yetirməyiblər.
Xatırladaq ki, ilyun 19-da və 30-na keçən gecə Yerevanda mitinq iştirakçıları ilə polis qüvvələri arasında baş verən toqquşmalar nəticəsində hər iki tərəfdən xəsarət alanlar olmuşdur.
Mənbə:> Oxu.Az