Yerevanda keçirilən aksiya dağıdılıb: 51 nəfər yaralanıb – FOTO
Yerevanda post-patrul xidmətinin zəbt edilməsi zamanı xəsarət alan 30 nəfərdən çox şəxs hələ də xəstəxanadadır.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Daha öncə hüquq-mühafizə orqanı əməkdaşları və etiraz aksiyası keçirənlər arasında baş verən toqquşma zamanı 51 nəfərin, o cümlədən də 29 polisin yaralandığı barədə məlumat yayılmışdı.
10:02
İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsinin qarşısı qanun keşikçiləri tərəfindən aksiyaçılardan təmizlənib.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onlarla insan saxlanılıb. Polis əməliyyat zamanı xüsusi vasitələr tətbiq etməyib.
Çərşənbə günü axşam saatlarında silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsi qarşısında qanun keşikçiləri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı müxtəlif tibb müəssisələrinə 51 nəfər müraciət edib.
Məlumata görə, zərərçəkənlərin 28 nəfəri polis əməkdaşlarıdır. Zədə alanlara ilkin tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.
Hazırda paytaxt İrəvanda vəziyyət stabildir.
Mənbə:> Oxu.az