Ermənistanda müxalifətin növbəti mitinqi başlayıb
Mitinq iştirakçıları hakimiyyəti istefaya getməyi və silahlı qruplaşma üzvləri ilə yaranmış gərginliyi dinc yolla nizamlamağa çağırırlar.
AzNews.info Report-a istinadən xəbər verir ki, Ermənistanın paytaxtı Yerevanın mərkəzindəki “Azadlıq” meydanında müxalifətin növbəti mitinqi başlayıb.
Mitinq iştirakçıları hakimiyyəti istefaya getməyi və polis alayının binasını ələ keçirmiş silahlı qruplaşma üzvləri ilə yaranmış gərginliyi dinc yolla nizamlamağa çağırırlar.
Bu arada polis alayı binasınıın ələ keçirilmiş ərazisinin yerləşdiyi küçənin işıqları söndürülüb. Sakinlər ara-sıra atəş səsləri eşitdiklərini bildirirlər.
Mənbə:> Report