Türkiyə-Ermənistan sərhədi açıla bilər - Məsələ yenidən gündəmdə
Türkiyənin məşhur köşə yazarı Fateh Çəkirgə "Hürriyet" qəzetində bu gün dərc olunan köşəsindəTürkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyini yazıb.
"Qafqazinfo" xəbər verir ki, müəllif Xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya son səfərinin də bununla bağlı olduğunu qeyd edib:
“Çavuşoğlu sülh üçün ilk addımlarını 14-15 iyul Bakı görüşü zamanı atıb. Müsbət məqamlar da var. Daha irəli mərhələlər üçün zəmin hazırdır”.
Yazar həmçinin bildirib ki, iqtidarın "düşmənləri azaldacağıq, dostları isə çoxaldarıq şüarı" Ermənistanla sərhəd məsələsinə bir işarədir.
Mənbə:> Qafqazinfo.az