Türkiyənin Avstriyadakı səfiri XİN-ə çağrıldı
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
ORF radiostansiyasına verdiyi müsahibəsində Avstriya XİN rəhbəri Sebastayn Kurts bəyan edib ki, Türkiyə səfiri bu ölkədə dövlət çevrilişi cəhdindən sonra İstanbulun Avstriya paytaxtında Ərdoğana dəstək aksiyasına çağırış edib-etməməsinin izahını verməlidir.
“Vyanada Ərdoğana dəstək aksiyalarının birbaşa Türkiyədən təşkil edildiyinə dair dəlillərimiz var... Bu, yolverilməzdir və öz etirazımızı bildirmək istəyirik”, - deyə Kurts bildirib.
Mənbə:> Oxu.Az