Almaniyadan Ərdoğana növbəti hörmətsizlik
Fəallar Türkiyənin Berlindəki səfirliyinin binası üzərində prezident Rəcəb Tayyib Ərdoğanının Adolf Hitler obrazında təsvrini veriblər. ANS PRESS-in məlumatına görə, bu barədə The Independent qəzeti xəbər verib.
Mənbənin verdiyi məlumata görə, rəssamlar Türkiyə prezidentinin portreti üzərində işləyərək ona Hitlerdə olduğu kimi bığ çəkib və qoluna nasisit sarısı bağlayıblar.
Bundan sonra səfirliyin binası üzərində "O geri qayıtdı" yazıları yayımlanıb. Şəkillər səfirliyin binası üzərində proyektorun köməyi ilə canlandırılıb.
Jurnalistlərin araşdırmalarına görə, portretin müəllifləri Pixel Helper fəallar qrupudur.
Öz aksiyalaraı ilə onlar iki türk jurnalistin həbs edilməsinə narazılıqlarını bildirmək istəyiblər.
"Biz almanlar diktaturanın erkən mərhələlərində nələrin baş verdiyini bilirik. Türkiyədəki Ərdoğan rejimininin erkən mərhələlərinin oxşarlığı qorxuducudur", - deyə qrupun üzvlərindən biri Oliver Bienkovski bildirib.
Cümhuriyyət qəzetinin baş redaktoru Can Dündar və Ərdəm Gül 27 noyabr 2015-ci ildə həbs edilib. Onlar silahlı terror qrupları ilə əlbir olmaqda ölkənin əleyhinə casusluqda edilib.
Bu ilin martında isə Jan Böhmerman adlı alman komediya ustası "Neo Magazin Royale" verilişində Türkiyə dövlət başçısının ünvanına təhqiramiz şeir oxuyub. Buna görə Türkiyə Almaniyaya nota da göndərib.
Daha sonra Almaniya və Avropanın ən böyük media qurumlarından biri olan “Axel Springer” konserninin rəhbəri Matias Döpfner Türkiyə prezidenti tərəfindən məhkəməyə verilib. Buna səbəb isə Döpfnerin komediya ustası Jan Böhmermanın “Ərdoğan şeiri”nə dəstək verməsi olub.
O, satirikə açıq məktub yazaraq səsləndirdiyi şeiri "müvəffəqiyyətli" hesab etdiyini bildirib və güldüyünü deyib. Döpfner onu da qeyd edib ki, şeirdə səsləndirilən qısa fikirlərə və təhqirlərə qoşulur.
Mənbə:> ANSPRESS