ATƏT Türkiyədə Qarabağ üzrə görüşü təxirə saldı
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Türkiyədə görüşü təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Daha öncə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransında bildirmişdi ki, iyulun 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ankaraya səfər edəcəklər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar porsesindən Türkiyə tərəfini məlumatlandıracaqlar.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə Türkiyədə keçiriləcək görüşü təxirə salınıb. Hazırda biz növbəti görüşün tarixini nəzərdən keçiririk”, - Uorlik deyib.
Mənbə:> Oxu.az