Kerri: ABŞ və Rusiya Qarabağ üzrə birgə işləyir
ABŞ və Rusiya bir sıra istiqamətlərdə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə birgə çalışırlar.
Oxu.Az xəbər verir ki, bu barədə NBC kanalına verdiyi müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri bildirib.
Rusiyaya bu yaxınlarda etdiyi səfərini şərh edərkən Kerri Rusiya prezidenti ilə bir sıra məsələləri, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apardığını qeyd edib.
İyulun 14-də ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. İyulun 15-də isə Rusiyanın XİN rəhbəri Sergey Lavrov ilə danışıqlar aparıb.
Mənbə:> Oxu.az