Ərdoğan nədən meydanları tərk etməyin deyir? – KRİTİK MƏQAM
Türkiyə hökumətinə yaxın olan tanınmış jurnalist-yazar Abdulkadir Selvi prezident Rəcəb Tayyib Ərdoğanın israrla insanları meydanlara çıxmağa çağırmasının səbəbini açıqlayıb.
Publika.az “NTV” televiziya kanalına istindən xəbər verir ki, jurnalist Ərdoğanın “təhlükə hələ keçməyib, meydanları tərk etməyin”, deyə çağırış etməsindən bəhs edən məqalə yazıb.
Onun sözlərinə görə, prezident Ərdoğanın bu cür çağırış etməsi 2 hərbi helikopter və 25 qiyamçının hələ də tutulmaması ilə bağlıdır.
Abdulkadir Selvi yazısında qeyd edib ki, iyulun 15-də baş verən hərbi qiyam cəhdi barədə Milli Təhlükəsizlik Təşkilatı (MİT) əvvəlcədən baş qərargah rəisi Hulusi Akara məlumat verib.
Mənbə:> Publika.az