Qiyamçı əsgərləri soyunduraraq avtobusa mindirdilər – VİDEO
Jandarm Baş Komandanlığında hərbi çevrilişə cəhd edən 200 əsgər polis tərəfindən həbs olunub.
Avropa.info xəbər verir ki, zərərsizləşdirilən əsgərlər soyundurularaq, alt paltarlarda nəzarətə götürülüblər. Həbs xəbərini alan vətəndaşlar Jandarm Baş Komandanlığına axışıblar.
Hadisə yerində daş və çomaqlarla silahlanan adamlar əsgərləri linç etməyə çalışıblar. Əsgərlər avtobusa mindirilərkən döyülüb. Tədbir alan polis camaatı dağıtmaq üçün havaya atəş açıb.
Mənbə:> Avropa.info