Ermənistan sərhədində əməliyyat: “Ararat” öldürüldü
Türkiyənin Ağrı vilayətinin Sinek Yaylasında 2 PKK terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
Axar.az xəbər verir ki, Kovancık qəsəbəsinin Aşağı Subaşı məhəlləsində aparılan əməliyat zamanı terrorçular “təslim ol” çağırışına əməl etməyiblər.
Məlumata görə, baş verən atışma zamanı 2 PKK-çı öldürülüb.
Qeyd edək ki, öldürülən terrorçularından biri PKK-nın Ağrı vilayəti üzrə rəhbəri “Ararat” ləqəbli Zamanhan Kaya olub.
Mənbə:> Axar.az