Yüzlərlə insan Abxaziya DİN-in binasına hücum çəkib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Yüzlərlə insan Abxaziya DİN-in binasına hücum çəkib

Yüzlərlə insan Abxaziya DİN-in binasına hücum çəkib


Suxumidə müxalifət qüvvələrinin mitinqində iştirakçılar Abxaziyanın daxili işlər naziri Leonid Dzapşbanın istefasını tələb ediblər və qurumun binasının giriş qapısını sındırıblar.

Oxu.Az xəbərinə görə, bu barədə iyulun 5-də “Sputnik Abxaziya” portalı yazır.

Nəşrin məlumatına əsasən, nazirliyin binasının ətrafına yanğınsöndürən maşınları cəlb edilib, lakin su şırnaqlarından istifadə olunmayıb.

Etirazçılar bildiriblər ki, respublikanın prezidenti Raul Xadjimba daxili işlər naziri Leonid Dzapşbanı vəzifəsindən azad etməyənə qədər aksiyanı dayandırmayacaqlar.

“İnterfaks”ın məlumatına görə, aksiyada 700 nəfərə yaxın adam iştirak edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *