Ərdoğan: Terror aktı ilə əlaqədar 20-yə yaxın İŞİD üzvü həbsdədir
İŞİD terror təşkilatının təqribən 20 üzvü İstanbul hava limanında törədilən terror aktı ilə əlaqədar həbsdədir.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə bildirib.
İyunun 28-də İstanbulun “Atatürk” Hava Limanının beynəlxalq terminalında üç partlayış baş verib. Terror aktı nəticəsində 19-u əcnəbi olmaqla 44 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.
“Əldə edilən son məlumatlar bunun arxasında İŞİD-in durduğunu göstərir”, — deyə Ərdoğan qeyd edib.
Mənbə:> Oxu.Az