Rus kəşfiyyatından Türkiyəyə böyük jest » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Rus kəşfiyyatından Türkiyəyə böyük jest

Rus kəşfiyyatından Türkiyəyə böyük jest


İyunun 28-də İstanbulun Atatürk Hava Limanında qanlı terror aktını törədən İŞİD-in Türkiyə üzrə liderinin kimliyi məlum olub.

Publika.az xəbər verir ki, sözügedən İŞİD komandanının kimliyi Türkiyənin xüsusi xidmət orqanlarının araşdırması zamanı üzə çıxıb.

Məlumata görə, İstanbul terror aktını göstəriş verən şəxs İŞİD-in Türkiyə üzrə nümayəndəsi, Çeçenistanda doğulan Əhməd Çatayev adlı terrorçudur.

Həmçinin, ötən il İstanbulun Taksim və Sultan Əhməd meydanlarında törədilən terror aktlarının da arxasında Əhməd Çatayevin dayandığı dəqiqləşib.

Hazırda Türkiyə xüsusi xidmət orqanları Çatayevin yaxalanması üçün lazımı tədbirlər görür.

Terrorçunun hələ də Türkiyədə olduğu ehtimal olunur. Buna görə də ötən gündən başlayaraq Türkiyə polisi 16 ayrı-ayrı ünvanda əməliyyat keçirib. Ancaq hələlik Çatayevin ələ keçirilməsi mümkün olmayıb.

Digər məlumatlara görə isə Əhməd Çatayevin barəsində kəşfiyyat məlumatlarını Türkiyəyə Rusiya tərəfindən ötürülüb.

Qeyd edək ki, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Atatürk Hava Limanında terror aktı törədən Əhməd Çatayevin bir vaxtlar Tiflisdə həbs olunduğunu, ancaq 2012-ci ildə Gürcüstan hökuməti tərəfindən azad edildiyini yazıb.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *