Putinlə Ərdoğan planlaşdırılandan tez görüşəcək

Kreml Rusiya və Türkiyə prezidentlərinin sentyabrda Çində keçiriləcək G20 sammitindən əvvəl görüşəcəklərini istisna etməyib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Putinin mətbuat katibi Dmitriy Peskov məlumat verib. O bildirib ki, görüşün nə zaman və harada baş tutacağı müəyyənləşdirilməyib.
Mənbə: Qafqazinfo.az