Türkiyə və İsrail barışmaq qərarına gəliblər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Türkiyə və İsrail barışmaq qərarına gəliblər

Türkiyə və İsrail barışmaq qərarına gəliblər

Türkiyənin xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu İsrail ilə münasibətlərin normallaşmasına dair razılaşmaya imza atıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sənədə İsralin XİN tərəfindən Tel-Əvivdə ölkənin xarici siyasət idarəsinin baş direktoru Dori Qold imzalayıb.

Beləliklə, indi razılaşma parlamentin müzakirəsinə çıxarılacaq. Sənədin qüvvəyə minməsi üçün Türkiyə tərəfindən qanunverici orqanın təsdiqi və prezidentin imzası tələb edilir. Bundan sonra səfirlərin təyin edilməsi məsələsi həll olunacaq.

Qeyd edək ki, münasibətlərin normallaşması üzrə razılaşma hökumətlər tərəfindən bazar ertəsi qəbul edilib. Razılaşmaya görə, münasibətlərin bərpası üçün İsrail Türkiyənin şərtlərini qəbul edib.

Əsasən o, 2010-cu ildə “Marvi Mərmərə”nin zəbt edilməsi zamanı öldürülənlərə görə 20 milyon dollar ödəyib. Tərəflər Qəzza sektorunun blokadasının zəiflədilməsinə dair razılaşıblar. Cümə günü Türkiyə fələstinlilərə humanitar yardımın olduğu ilk gəmini yollayacaq, orada elektrik stansiya, yaşayış evləri və sutəmizləyici qurğular tikəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *