İsrail və Türkiyə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib
İsrail ‘‘Mavi Marmara’’ hücumunda həyatını itirənlərin ailələrinə təzminat ödəməyi və Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini qəbul edib.
İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər. Münasibətlərin normallaşdırılmasına dair danışıqlar iyunun 26-da Romada baş tutub.
İsrail 2013-cu ilin mart ayında Türkiyənin ilk tələbini ödəyərək tarixdə ilk dəfə xarici bir dövlətdən üzr istəmişdi.
Әldә olunan razılaşma çərçivəsində Türkiyənin digər iki şәrti dә İsrail tərəfindən qəbul edilib.
Bu istiqamətdə İsrail ‘’Mavi Marmara’’ hücumunda həyatını itirənlərin ailәlәrinә tәzminat ödemeyi və Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini də qəbul edib.
İsrail ilә әldә olunan razılaşma Türkiyənin 2010-cu ilin 31 may tarixindәn etibarәn nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqe sayəsində qazanılmış diplomatik uğur kimi görünür.
Qeyd edәk ki, Türkiyə baş naziri Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar bu gün saat 13:00-da Çankaya Köşkündә bәyanat verәcәk.
Mənbə:> Eurasiadiary.az