“Aprel savaşına qədər başa düşmürdünüz” - Sərkisyan » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

“Aprel savaşına qədər başa düşmürdünüz” - Sərkisyan

“Aprel savaşına qədər başa düşmürdünüz” - Sərkisyan


Ermənistan lideri Serj Sərkisyan Dördgünlük savaşdan sonra İrəvanda gərgin siyasi-psixoloji vəziyyət və son Sankt-Peterburq danışıqları barədə etiraf edib.

Axar.az xəbər verir ki, PA rəsmisi mərhələli həllə bağlı (əvvəlcə rayonların boşaldılması) etiraz edən və daxili auditoriyaya yönəli açıqlama verməklə vəziyyətdən çıxmağa çalışan Ermənistan XİN rəhbəri Edvard Nalbəndyandan fərqli olaraq, Sərkisyan vəziyyətin “daha mürəkkəb” olduğunu anlatmağa çalışıb.

“Vatikan” radiosuna müsahibə verən Sərkisyan güzəştlərə getmək lazım olduğunu xatırladıb: “Aprel hadisələrinə qədər biz deyirdik ki, problem qarşılıqlı güzəştlər əsasında həll edilməlidir. İndi insanlar çətin başa düşürlər ki, güzəştlərə necə getmək olar... Bununla belə, mən əminəm ki, biz optimal bir yol tapmalıyıq”.

Sərkisyan həmçinin problemin sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *