İlham Əliyev: Erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib.
Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir.
“Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb.
Mənbə:> Oxu.Az