İlham Əliyev Ərdoğanla görüşdü
BMT-nin İstanbulda keçirilən I Dünya Humanitar Sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, görüşdə prezident İ. Əliyev sammitinin keçirilməsinin bəşəriyyət üçün çox faydalı olduğunu, sammitdə qəbul ediləcək qərarların icrasında Azərbaycanın yaxından iştirak edərək lazımi dəstəyi verəcəyini deyib.
Öz növbəsində, R. T. Ərdoğan Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə daim əməl etdiyinə görə prezident İ. Əliyevə təşəkkür edib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi də aparılıb.
Mənbə:> APA