İlham Əliyev “G20”nin sammitində çıxış etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev “G20”nin sammitində çıxış etdi

İlham Əliyev “G20”nin sammitində çıxış etdi


Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış edib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar bu ölkələrin xalqlarına başsağlığı verib və deyib ki, Azərbaycan Türkiyənin və Fransanın yanındadır.

Sonra Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri diqqətə çatdırıb, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.

Sammit öz işini davam etdirir.

Noyabrın 15-də axşam Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından “Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə qəbul veriləcək.

Sonra isə Prezident Rəcəb Tayyib Ərdoğanın adından işçi şam yeməyi olacaq.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *