Ya Qarabağ Rusiyada Azərbaycana qaytarılacaq, ya da... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Ya Qarabağ Rusiyada Azərbaycana qaytarılacaq, ya da...

Ya Qarabağ Rusiyada Azərbaycana qaytarılacaq, ya da...


Güman etmirəm ki, Putin Sankt-Peterburqda nəticəsiz bir görüş keçirsin, yaxud da status-kvonun saxlanılması məqsədilə hansısa manevrlər etsin. Bunun perspektivi yoxdur və əks halda bu, Moskva üçün sonuncu təşəbbüs olardı.

Bunu Axar.az açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Bakı bu görüşə çox güclü şəkildə gedir və Ermənistanın heç bir şansı yoxdur:

“Lavrov Bakıda açıq şəkildə Moskvanın İrəvanı 5 rayonun qaytarılmasına razı saldığını bəyan edib. Üstəlik, bu məsələnin başqa tərəfləri də var. ABŞ-ın son dövrlər intensiv Qarabağ marağı Rusiyanı narahat etməklə yanaşı, Moskvanı hərəkətə keçməyə və nəticəli bir görüş təşkil etməyə məcbur edib. Amerikalı həmsədr bu görüşdə mütləq iştirak edəcəyini deyib. Bu o deməkdir ki, Amerika Ukrayna və Suriyadan sonra Dağlıq Qarabağ məsələsini həll edəcəyi münaqişələrdən hesab edir. Belə olan tərzdə isə Rusiya mütləq Cənubi Qafqazda mövqeyini qorumalıdır. Bu isə daha çox Azərbaycanla münasibətlərin normal olmasından asılıdır. Putin artıq dünya reallıqlarını qəbul etməyə, Avropa ilə normal münasibətlərə hazır olduğunu və bunun üçün də ABŞ-ın maneçilik törətməməsinin kifayət etdiyini bildirir. Bütün bunlar Azərbaycanın strateji maraqlarına cavab verən dəyişiklikərdir. Ermənistan ya Rusiyada Moskvanın təkidi ilə 5 rayonun qaytarılması ilə razı olacaq, ya da müharibə variantını seçəcək. Danışıqlar üçün çox əlverişli şəraitin mövcud olduğu qənaətindəyəm və müsbət nəticələrin də olacağına inanıram”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşünün baş tutacağı gözlənilir.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *