Qarabağla bağlı risklər artır: Qərb hər an... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Qarabağla bağlı risklər artır: Qərb hər an...

Qarabağla bağlı risklər artır: Qərb hər an...


Dondurulmuş münaqişələri bütövlükdə region üçün barıt çəlləyi hesab etmək olar.

Bunu Axar.az-a Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətinin regiona artan riskləri barədə danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, postsovet məkanındakı dondurulmuş münaqişələrin saxlanılması hazırda da Rusiya üçün önəmli məsələdir:

“Məsələnin nizama salınması üçün yaradılmış beynəlxalq təşkilatların işini pozan da elə Kremldir. Çünki sözügedən təşkilatlar Moskvanın maraqlarına əsas maneədir. Görünür, burada Rusiya ilə yanaşı, başqa dövlətlərin də maraqları var. Dondurulmuş münaqişələrin saxlanılması getdikcə bütövlükdə region üçün təhlükəli tendensiyaya çevrilir. Bu, birbaşa regiondakıticari və iqtisadi əlaqələri iflic edir, dövlətlər arasında düşmənçilik toxumu səpməklə münaqişələrin yenidən alovlanmasına və daha geniş sahələri əhatə etməsinə əlverişli şərait yaradır. Qarabağ münaqişəsinin hazırkı vəziyyəti bütövlükdə region üçün barıt çəlləyidir. Başda BP olmaqla, bir sıra Qərb şirkətləri Azərbaycana xeyli sərmayə yatırıb. Bakı-Ceyhan, Bakı-Ərzurum, Avropa ilə Asiyanı birləşdirən böyük enerji və nəqliyyat dəhlizlərinin başa çatdırılması prosesi gedir. Moskva və İrəvanın status-kvonunsaxlanılmasınayönəlik addımları vəziyyəti müharibə ilə əvəzləyə və nəticədə bütün infrastruktur layihələrini məhv edə bilər. Qərbbu cür təhlükəli risklərin fərqindədir və çox güman ki, yatırılan iri sərmayələrinin ziyan görməməsi üçün Dağlıq Qarabağın artıq dondurulmuş münaqişə formatından çıxması istiqamətində səylərini artıracaq”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *