Eureporter: Aİ azərbaycanlılar və ermənilər arasında yaxınlaşmanı təşviq etməlidir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Eureporter: Aİ azərbaycanlılar və ermənilər arasında yaxınlaşmanı təşviq etməlidir

Eureporter: Aİ azərbaycanlılar və ermənilər arasında yaxınlaşmanı təşviq etməlidir


ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş olacağını vəd etmir, lakin ATƏT-in sülhyaradıcı institutunun ləng hərəkəti Avropa İttifaqına iki xalqın yaxınlaşmasına təkan verməyə, iki rəqibin davamlı sülhə nail olması üçün onlarla inteqrasiya təcrübəsini bölüşməyə imkan verir, Oxu.Az xəbər verir ki, bu barədə Eureporter yazır.

“Aİ-Azərbaycan: Sülhün təminatı” məqaləsində qeyd edildiyi kimi, iki onillik ərzində davam edən formal danışıqlar prosesi Azərbaycan və Ermənistan arasında ən çox ehtiyac duyulan etimad tədbirlərini formalaşdırmayıb və bu da irəliləyişi minimuma endirib.

“Bu, Aİ-nin qonşuluqdakı ölkələrdə ATƏT-in səylərini tamamlayaraq “dondurulmuş” münaqişələrin həllinə təkan verməsinə, özünü qlobal oyunçu kimi göstərməsinə şans yaradar”.

Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsindən yorulması, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfəri ərəfəsində xüsusilə gözəçarpandır. BMT-nin dörd qətnaməsinin olmasına baxmayaraq, SSRİ-nin süqutundan sonra başlayan bu münaqişə hələ də həll edilməmiş qalır. Azərbaycanın siyasi rəhbərliyi məsələnin diplomatik həllinin olmasını və Minsk qrupu sayəsində prosesin gərginliyi azaldaraq doğru istiqamətdə getdiyini dərk edir.

Minsk qrupu kimi formal institutların ləng hərəkətləri onu deməyə əsas verir ki, onların fəaliyyətləri etimad yaradıcı tədbirlərin formalaşması istiqamətində vətəndaş cəmiyyətinin cəlb olunması ilə daha da gücləndirilməlidir.

İki onillikdən çoxdur davam edən münaqişədə iki ölkə arasında davamlı sülhün əsas elementi olan etimad dramatik şəkildə çatışmır. İkinci dünya müharibəsindən çıxan Avropa iki rəqibin yaxınlaşması sahəsində unikal təcrübəyə malikdir və bu təcrübəsini Cənubi Qafqazda bölüşə bilər. Aİ-nin münaqişənin həlli ilə bağlı maraqları neft və qazın çıxarıldığı Xəzər dənizi maraqları çərçivəsindədir. Daha bir element də var ki, bu münaqişənin həllini Aİ üçün vacib edir.

Əgər əvvəl Türkiyə islam dəyərləri ilə dünyəvi dövlət hesab edilirdisə, indi bu, Azərbaycandır. Bu ölkə multikultural və multietnik ölkədir və müxtəlif cəmiyyətlər üçün qarşılıqlı hörmət mühiti formalaşdırıb.

Aİ-nin qonşuluq siyasəti və “Şərq tərəfdaşlığı” proqramı münaqişənin həllinin prioritet məsələ olduğunu elan edib, lakin bu məqsədi həyata keçirmək üçün nəzərəçarpacaq addımlar atılmayıb. Ənənəvi olaraq, Aİ ATƏT-in Minsk qrupunun bu işə məsul tərəf olduğunu bəyan edir, lakin bu yanaşma köhnəlib və Dağlıq Qarabağ münaqişəsinin çətinliyi kompleks yanaşma tələb edir. Bu siyasi proses, keçmişin faciələri ilə əlaqədardır”, - məqalədə qeyd edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *