Abid Şərifov: Fikir verin, bu gün dünya dağılır
Azərbaycanın İsmayıllı, Tovuz, Şəki, Şamaxı və Göyçay rayonlarında baş verən təbii fəlakətlərin vurduğu ziyanın qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür.
AzNews.info Publika-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
A.Şərifov deyib ki, Azərbaycan hökuməti baş verən təbii fəlakətlə əlaqədar lazımi tədbirlər görür:
“Hər zaman olduğu kimi, indi də lazımi tədbirlər görürük. Fikir verin, bu gün dünya dağılır, dünyanın hər yerində fəlakətlər baş verir. Ancaq Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində şükürlər olsun ki, həmin hadisələr təkrarlanmır.
Ötən illər ərzində çaylarda fövqəladə hadisələrin qarşısının alınması üçün əvvəlcədən lazımi tədbirlər görülüb. Şükürlər olsun ki, bu illər ərzində elə ciddi daşqınlar baş verməyib”.
A.Şərifov hazırda müşavirə keçirildiyini də vurğulayıb.
Mənbə:> Publika.az