Prezident: Azərbaycanda internet azaddır, senzura yoxdur
Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı təmin olunur. Bizdə internet azaddır, senzura yoxdur.
Oxu.Az-ın məlumatına görə, bunu prezident İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib.
Dövlət başçısı bildirib ki, ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəçisidir, azad siyasi fəaliyyət, sərbəst toplaşma və din azadlığı.
“Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir”.
Mənbə:> Oxu.Az