Saakaşvili çadıra köçdü – FOTO
Odessa-Reni trasında təmir işləri yekunlaşanadək, həmin ərazidə quraşdırılan çadırda çalışacam.
Oxu.Az xəbər verir ki, “112 Ukrayna” telekanalının yaydığı məlumata görə, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iyunun 5-də bəyan edib.
Telekanalın məlumatına görə, yol kənarında quraşdırılan çadırın üzərində “Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti” yazılıb.
“Bu yolun təmirinin yekunlaşdırılmasına nə qədər vaxt lazım gələrsə, o qədər burada qalacam”, - Saakaşvili bəyan edib.
O, həmçinin işlərin intensivliyi və maliyyələşdirilməsindən narazı olduğunu qeyd edib.
Təmir işləri 1940-1950-ci illərdə inşa edilən Odessa-Reni yolunda aparılacaq.
Mənbə:> Oxu.Az