İlham Əliyev: Moskva Bakının strateji tərəfdaşıdır
Azərbaycan Rusiyanı strateji tərəfdaş kimi görür. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu konstruktivdir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın kansleri Angela Merkel ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Bizim Rusiya ilə konstruktiv, çox mehriban dostluq münasibətlərimiz var... Biz Rusiyanı strateji tərəfdaş kimi nəzərdən keçiririk, Rusiyanın davranışı buna tamamən müvafiqdir”, - Əliyev deyib.
O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunda sədr kimi rolunun “çox pozitiv” olduğunu qeyd edib.
Mənbə:> Oxu.Az