Nalbandyan İrana gedir
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Tehrana rəsmi səfərə gedəcək.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, səfərin 5-6 iyun tarixlərində baş tutacağı planlaşdırılır.
Qeyd olunur ki, E.Nalbandyan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə bu ölkəyə gedir.
Səfər zamanı nazir İranın rəhbər şəxsləri ilə görüşəcək.
Mənbə:> Oxu.Az