Xidaşeli: Rusiyaya ciddi müqavimət göstərmək lazımdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Xidaşeli: Rusiyaya ciddi müqavimət göstərmək lazımdır

Xidaşeli: Rusiyaya ciddi müqavimət göstərmək lazımdır


Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli bəyan edib ki, Rusiya yeni beynəlxalq nizam yaradır və buna müqavimət göstərmək lazımdır, Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir.

“Hesab edirəm ki, bu gün Avropa, həmçinin qlobal təhlükəsizlik təhlükə altındadır. Krımın işğalından sonra, təhlükəsizlik baxımından ciddi problemlər qarşısında təkcə Avropa dayanmayıb.

Yeni beynəlxalq nizam yaratmaq istəyən ölkə var, və bu ölkə İkinci Vətən müharibəsindən sonra dünyanın razışlaşdırdığı hər bir qaydanı pozur. Ona ciddi cavab vermək lazımdır.

Bu gün biz Kremlin arxasınca gedən dünyanı görürük. Biz onların hərəkətlərinə cavab veririk və bu vəziyyəti gərginləşdirir”, - Gürcüstanın Müdafiə naziri Polşanın Vroçlav şəhərinə səfəri zamanı deyib.

“İstərdim ki, Varşava sammiti Rusiyaya sübut etsin ki, NATO özü qərar qəbul edir və Rusiya onun heç bir qərarına qadağa qoya bilməz”, - Xidaşeli qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *