İlham Əliyev: Çoxları Qarabağın Azərbaycan torpağı olduğunu bilmir
Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər 19-cu əsrin sonlarında Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı. Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirdilər.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib.
Dövlət başçısı bildirib ki, xaricdə hələ də çoxları Qarabağın Azərbaycan torpağı olduğunu bilmir:
“Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, qəzetlər dərc etməlidirlər. İnformasiya əsrində yaşayırıq.
Bunu erməni diasporu edir, səfil Ermənistan dövləti bunu edə bilməz, çünki heç öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər”.
Mənbə:> APA