İlham Əliyev: Qədim türk torpağı olan Zəngəzur da bizimdir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İlham Əliyev: Qədim türk torpağı olan Zəngəzur da bizimdir

İlham Əliyev: Qədim türk torpağı olan Zəngəzur da bizimdir


Regional təhlükəsizlik məsələləri də böyük əhəmiyyət daşıyır. Bu gün qəbul edəcəyimiz Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır.

“Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”, - deyə, İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur.

“Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır. Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb.

Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır”, - deyə, Prezident bəyan edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *