Yıldırımdan Merkelə: “Tarixi səhv etdiniz!”
Ermənistan terror təşkilatlarına dəstək verir. Ermənistanın bu mövqeyinə görə, milyonlarla erməni səfil həyat yaşayır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Bakı səfəri öncəsi jurnalistlərə deyib.
O, alman parlamentinin “soyqırım” qərarına sərt münasibət bildirib:
“Dünən Almaniya parlamentinin verdiyi qərar tarixi səhvdir. Bu qərar türk milləti üçün yox kimidir və əlaqələrimizi korladı. Səfirimiz bu gün Ankaraya gələcək və lazım olan qarşılıq veriləcək. Almaniya və Türkiyə iki önəmli müttəfiqdir. Bu məsələni tarixçilər həll etməlidir. Ermənistan Azərbaycan ərazilərini işğal edib, lakin hələ də torpaqlardan çıxmayıb. Apreldə baş verən hadisələr zamanı qardaşlarımız öz təhlükəsizliklərini qorumaq məcburiyyətində qaldılar. Ermənilərin etdikləri səhvləri hər kəs bilir. Ermənistan terror təşkilatlarına dəstək verir. Ermənistanın bu mövqeyinə görə, milyonlarla erməni səfil həyat yaşayır”.
Qeyd edək ki, ötən gün Almaniya Bundestaqı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyıb.
Mənbə:> Axar.az