Daha bir ölkə rus silahından tam imtina edir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Daha bir ölkə rus silahından tam imtina edir

Daha bir ölkə rus silahından tam imtina edir


Bolqarıstan Parlamenti yeni qırıcı və gəmilərin alınması üçün 1,3 milyard dolların ayrılmasına izn verib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bolqarıstan Parlamentinin spikeri Setsku Saçevu söyləyib. Onun sözlərinə görə, rəsmi Sofiya 8-9 qırıcı ilə bərabər, 2021-ci ilə qədər yeni iki gəmi də almağı planlaşdırır:

“Bu bizim müdafiə potensialımızı yaxın 30 il ərzində təmin edəcək. Cənub-şərqi Avropada təhlükəsizlik situasiyası pisləşib. Bolqarıstan buna görə də müdafiəsiz görünməməlidir. Bizim ordu köhnə sovet silahları ilə təchiz edilib və bu baxımdan NATO-dakı müttəfiqlərimizlə operativ hərəkət edə bilmirik. Alacağımız yeni təyyarələr MiQ-29-ları əvəz edəcək. Hazırda orduda olan 19 belə təyyarədən 9-u təmirə məcburdur. Bolqarıstan yeganə NATO ölkəsidir ki, 90% Rusiyadan asılıdır. Bu bizi narahat edir”.

Qeyd edək ki, Bolqarıstan MiQ-29-ları İsveç istehsalı olan Saab Qrifen C/D və ya ABŞ istehsalı F-16 MLU-larla əvəz etməyi planlaşdırır.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *