Azərbaycan hərbçiləri Bolqarıstan və Çexiyada səfərdə olub » AzNews.info -Xəbər portalı

Azərbaycan hərbçiləri Bolqarıstan və Çexiyada səfərdə olub – FOTO

Azərbaycan hərbçiləri Bolqarıstan və Çexiyada səfərdə olub


Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub.

Bu barədə Oxu.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çexiyanın Brno şəhərindəki Müdafiə Universiteti və Bolqarıstanın Sofiya şəhərində yerləşən G.Rakovski adına Hərbi Akademiyada keçirilən işçi görüşlərində iştirak ediblər.

Tədbirlərdə NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək” mövzularında brifinqlər təqdim olunub.

Görüşlər zamanı hərbi təhsil sisteminin inkişafı və elmi-pedoqoji kadr hazırlığı üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də hərbi təhsilin perspektivləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan hərbçiləri Bolqarıstan və Çexiyada səfərdə olub
Azərbaycan hərbçiləri Bolqarıstan və Çexiyada səfərdə olub
Azərbaycan hərbçiləri Bolqarıstan və Çexiyada səfərdə olub

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *